İsrail Nəsrullahı öldürmək üçün 85 bomba atıb – KİV


İsrail qırıcıları “Hizbullah” lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən hücumda “Hizbullah”ın Beyrutdakı yeraltı qərargahına 1 tonluq 85 bomba atıb.
Yeniavaz.com
xəbər verir ki, bu bəyanatla “Galei IDF” radiostansiyası çıxış edib.
Radiostansiyanın bəyanatına görə, Beyrutdakı hədəfə bunkerlərin partladılması üçün “bunker bombaları” atılıb.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi Nəsrullahın cümə günü Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü bildirib.
Ordunun saytında verilən məlumata görə, bu əməliyyatın kod adı “Yeni Nizam” olub.

DİGƏR XƏBƏRLƏR

Top