Tramp “Google”u məhkəməyə verəcək


ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Google” şirkətini məhkəməyə verəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Tramp “Google”un axtarış sistemində onun haqqında “yalnız pis”, rəqibi Kamala Harris haqqında isə “yalnız yaxşı” materiallar yerləşdirildiyini iddia edib.
O ümid etdiyini bildirib ki, ABŞ Ədliyyə Departamenti bu cür “açıq-aşkar seçki müdaxiləsində” əli olanları məsuliyyətə cəlb edəcək.
Siyasətçi söz verib ki, yenidən seçiləcəyi təqdirdə şirkətin fəaliyyətinin ən sərt şəkildə araşdırılmasını tələb edəcək.
“Google” rəhbərliyi isə Trampın ittihamlarını rədd edərək, alqoritmlərini dəyişmədiyini və axtarış sorğusuna uyğun materialları göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Tramp dəfələrlə “Google”u məzmunu tənzimləməkdə, onun haqqında “saxta xəbərlər” dərc etməkdə və Demokratlar Partiyasını dəstəkləməkdə ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top