Xamenei təhlükəsiz yerə köçürüldü


İranın ruhani lideri Əli Xamneyi “Hizbullah” lideri Həsən Nəsrullahın ölümü ilə bağlı iddialar fonunda təhlükəsiz yerə köçürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb .
Onların sözlərinə görə, Xamneyinin olduğu yerdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Agentliyin həmsöhbətləri onu da iddia edirlər ki, İran Nəsrullahın ölümü ilə bağlı xəbərlərdən sonra gələcək addımlarla bağlı “Hizbullah” və regiondakı digər müttəfiqləri ilə əlaqə saxlayır.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.
Hava hücumu bir gün əvvəl Nəsrullahın da iştirak etdiyi “Hizbullah” rəhbəriyinin toplantısı zamanı həyata keçirilib. “Al Hadath” telekanalının İsrail mənbələrinə istinadla verdiyi məlumata görə, təşkilatın qərargahına hücum zamanı bunkerləri məhv etmək üçün güclü hava bombalarından istifadə edilib. Hava hücumunun baş verdiyi əraziyə yaxın olan ən azı altı bina uçub. İlkin məlumatlara görə, ölən və onlarla yaralı var.

DİGƏR XƏBƏRLƏR

Top