Ermənistan və Fələstin diplomatik münasibətlər qurdu


Ermənistan və Fələstin diplomatik münasibətlər qurduqlarını elan ediblər.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.
Həmsöhbətlər regiondakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Ermənistan iyun ayında Fələstin dövlətini tanıyıb və bundan əvvəl BMT-də Fələstin hüquqlarının genişləndirilməsinə səs verib.

DİGƏR XƏBƏRLƏR

Top