İsrail “Hizbullah”ın daha bir komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah” təşkilatının raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və onun müavini Hüseyn Əhməd İsmayılı zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah”ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayılı və onun müavini Hüseyn Əhməd İsmayılı öldürüb. Onlarla yanaşı digər Hizbullah komandirləri və yaraqlıları da öldürülüb”, - məlumatda qeyd edilib.
Mətbuat xidmətinin məlumatına görə, Məhəmməd Əli İsmayıl çərşənbə günü İsrail ərazisinə raketlərin buraxılması da daxil olmaqla İsrailə qarşı çoxsaylı terror hücumlarının idarə edilməsinə cavabdeh olub.

DİGƏR XƏBƏRLƏR

Top