Mahaçqala yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks”a təcili yardım xidmətləri məlumat verib.
İddialara görə, saat 17:30 radələrində R-217 (“Qafqaz”) federal magistral yolundan Novı Xuşet kəndinə gedən döngədə yanacaqdoldurma məntəqəsi partlayıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, partlayış nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb. Daha 10 nəfər yaralanıb.
Partlayış faktı əsasında təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi (CM-nin 238-ci maddəsinin 3-cü hissəsi) ilə bağlı cinayət işi açılıb.