ABŞ-nin Texas ştatında dünyanın ilk 3D printerlə çap edilmiş oteli tikilir.
Yenavaz.com xəbər verir ki, Texas ştatının Marfa şəhərində yerləşən “El Cosmico” otelinin tikintisində nəhəng “ICON Vulcan” 3D printerindən istifadə edilir.
Hazırda otelin ilk iki blokunun tikintisi gedir. Oteldə ümumilikdə 18 blok və 43 qonaq otağı nəzərdə tutulur.
Ənənəvi tikinti üsullarından fərqli olaraq 3D printerlə tikinti üsulu əyri və dairəvi divarları olan binaları həm daha asan, həm də daha tez tikməyə imkan verir.
Üstəlik, həmişə olduğu kimi, 3D printerdən istifadə edərək bina tikmək daha az vaxt tələb edir.
Hər bir blokun hündürlüyü təxminən 3,7 metr təşkil edir.