FHN 13 evin təmir-tikintisinə 1 milyon manatdan çox pul xərcləyəcək


Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi cənub bölgəsində 11 ədəd fərdi yaşayış evinin tikintisi, Bərdə rayonunda 1 ədəd fərdi yaşayış evinin bərpası, Şəki şəhərində isə 1 ədəd fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisi ilə bağlıdır.
Qeyd edək ki, tender müsabiqəsində ehtimal olunan qiymət 1 milyon 80 min 209 manat 18 qəpik müəyyən edilib. FHN qeyd olunan məbləğə 1 ədəd 1 mərtəbəli 2 otaqlı, 10 ədəd 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikdirəcək. Eyni zamanda, 1 ədəd fərdi yaşayış evini bərpa edəcək, 1 ədəd fərdi yaşayış evinin isə təmiri və istinad divarının tikintisini həyata keçirəcək.
Açıqlanan məlumatlardan belə görünür ki, FHN 1 ədəd fərdi yaşayış evinin tikitisinə və təmirinə orta hesabla 83 min manat yaxın pul xərcləyəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top