Əhalinin banklardakı əmanəti 1,3 milyard manat artıb


Bu ilin ilk yarısında hüquqi şəxslərin banklardakı depozitləri 3% və ya 663 milyon manat azalaraq 21,3 milyard manat, fiziki şəxslərin depozitləri isə 10,3% və ya 1,3 milyard manat artaraq 13,9 milyard manat təşkil edib.
Yeniavaz.com
Mərkəzi Bankın açıqladığı Maliyyə Sabitliyi Hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslərin depozitlərinin bank öhdəliklərindəki payı 48,3%, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə 31,5% olub.
Qeyd edilir ki, fiziki şəxslər üzrə depozitlərin artımının əsas hissəsi (67%-i) müddətli depozitlərin artımı hesabına baş verib. Hüquqi şəxslərin depozitlərinin azalmasının əsas səbəbi iri neft-qaz şirkətlərinin biznes əməliyyatları olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top