Bu ilin ilk 8 ayında Azərbaycanda fəaliyyət göstərən banklar 772,3 milyon manat manat xalis mənfəət əldə ediblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların mənfəəti 6,6% və ya 48,1 milyon manat artıb.
Qeyd edək ki, 8 ayda bankların əldə etdiyi mənfəət rekord göstərici hesab edilir. Daha əvvəl banklar heç vaxt ilin ilk 8 ayı ərzində bu qədər mənfəət əldə etməyiblər.
Onu da bildirək ki, bu ilin ilk 8 ayında banklar 175,1 milyon manat mənfəət vergisi ödəyiblər. Ötən ilin eyni dövründə bankların ödədiyi mənfəət vergisi 187,4 milyon manat olub.
Elnur Əli