Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, düşən yağıntının miqdarı Zaqatalada 106 mm, Lənkəranda 33 mm, Qəbələdə 21 mm, Astarada 19 mm, Lerikdə 12 mm, Balakəndə 8 mm, Yardımlıda 6 mm, Göyçay, Şəki, Oğuz, Şəmkir, Qax, İsmayıllı, Tərtərdə 4 mm-dək olub.
“Şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s, Cəfərxanda 16 m/s-dək güclənib.
Göygöl, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 29, Aran rayonlarında 31, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb”, - məlumatda deyilir.