“Sumqayıt Bulvar” MMC ədədi 385 manatdan 165 skamya almaq istəyir


Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC tender müsabiqəsi (Kotirovka sorğusu) elan edib.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi oturacaqların (skamyaların) satın alınması ilə bağlıdır.
Qeyd edək ki, tender müsabiqəsində ehtimal olunan qiymət 63 min 516 manat 67 qəpik təşkil edir. “Sumqayıt Bulvar” MMC qeyd olunan bu məbləğə 165 ədəd oturacaq almaq istəyir. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, bir ədəd oturacaq üçün 385 manatın ödənilməsi nəzərdə tutulur.
Onu da bildirək ki, oturacaqların 60 ədədinin uzunluğu 2 metr, 105 ədədinin uzunluğu isə 1,8 metr olmalıdır. Bundan başqa çərçivə hissəsi düralminium, oturacaq hissəsi şam ağacı, ayaqları tökmə metal (düral), dəniz sahilində olduğu üçün üzəri rütubətədavamlı xüsusi boya ilə örtülməlidir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top