İsrail ordusu bir gündə 1600 “Hizbullah” hədəfini vurdu


Yüzlərlə israilli döyüşçü bir gündə Livanın cənubunda, həmçinin Livanın Bekaa Vadisində “Hizbullah” hərəkatının 1600 hərbi obyektinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin yüzlərlə qırıcısı bir neçə dalğada Livanın cənubunda, həmçinin Bekaa Vadisində “Hizbullah”ın 1600 terrorçu hədəfinə hücum edib. Son saatlarda döyüş təyyarələri Livanın bir sıra bölgələrində “Hizbullah” terror təşkilatının atış məntəqələri, qərargahları və hərbi binaları da daxil olmaqla yüzlərlə hədəfini vurub”, - deyə məlumatda bildirilir.
“IDF Livandakı “Hizbullah” terror təşkilatının hədəflərinə hücumları davam etdirir”, - deyə mətbuat xidməti əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top