Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Yeniavaz.com xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, Ərdoğan görüş zamanı Türkiyə ilə İran arasındakı tarixi və mədəni əlaqələrin iki ölkə arasındakı münasibətlərə hər zaman müsbət təsir etdiyini və bu istiqamətdə əməkdaşlıq imkanlarının davam edəcəyinə inandığını bildirib.
Qeyd edilir ki, görüşdə həmçinin İsrail-Fələstin münasibətləri müzakirə edilib.