Livandan İsrailə 105 raket atılıb


İsrail Müdafiə Qüvvələri (IDF) bu səhər Livandan 105 raket atıldığını qeydə alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“İsrailin şimalında saat 06:24-06:32, eləcə də 06:52 və 07:00 aralığında səslənən sirenlərdən sonra Livandan İsrail ərazisinə daxil olan 85-ə yaxın mərmi qeydə alınıb. Onlardan bəziləri zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Livandan atılan daha 20 raketin İzril vadisində İsrail hava məkanına daxil olduğu qeydə alınıb.
Qeyd olunub ki, Kiryat Bialik, Tsur Şalom və Moreşet ərazilərində dağıntılar qeydə alınıb. “The Jerusalem Post” nəşri raket hücumu nəticəsində Kiryat Bialik ətrafında iki yaşayış binasının dağıldığını, 3 nəfərin yaralandığını yazıb.

DİGƏR XƏBƏRLƏR

Top