Bahar Candan azadlığa buraxıldı


Dələduzluq və cinayət təşkilatına üzv olmaq ittihamı ilə həbs edilən Türkiyədə sosial media fenomeni Bahar Candan sərbəst buraxılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kücükçekmece 5-ci Ağır Cəza Məhkəməsində aralarında Bahar və Nihal Candan da daxil olmaqla 21 nəfərin dələduzluq və cinayət təşkilatı üzvü olmaq ittihamı ilə mühakimə olunduğu işin 5-ci iclası davam edib.
İddianamədə Alisya Bahar Candan üçün 14 ildən 44 ilə qədər, Nihal Candan kimi tanınan Gülnihal Çiçək üçün isə 8 ildən 24 ilə qədər həbs istənilib.
Daha öncə sərbəst buraxılan və məhkəmə zalında olan Nihal Candan bacısı, məhbus müttəhim Bahar Candana “Paltarını şkafın içinə qoydum, buxur yandırdım, səhər dua etdim və çox enerjili oyandım. Əvvəlki kimi səninlə qəhvə içəcəyik. Qarışma, qoy vəkillər müdafiə etsin” deyib.
Məhkəmə 1 saata yaxın fasilə verib və müvəqqəti qərarını açıqlayıb. Məhkəmə, Bahar Candan da daxil olmaqla 6 müttəhimin səfər qadağası şəklində məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top