“Bu, qəsdən yaradılmış saxtakarlıqdır” – Zaxarova


“Rusiyanın Ermənistandakı dövlət çevrilişinə cəhddə iştirakının mümkünlüyü ilə bağlı yayılan məlumatlar Qərb kəşfiyyat orqanlarının hazırladığı saxta məlumatlardır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində keçirdiyi brifinqdə deyib.
“Bir sıra erməni rəsmilərinin orada hansısa rus izini tapmaq ümidi ilə dövlət çevrilişi cəhdinin qarşısının alınması ilə bağlı Ermənistan İstintaq Komitəsinin mesajını buralamaq istəyi absurddur və heç bir tənqidə dözmür. Bu, sadəcə olaraq, qəsdən yaradılmış saxtakarlıqdır. Ola bilsin ki, bu yöndəmsiz şəkildə qurulan psevdosensasiyanın arxasında onların vəzifəsi ikitərəfli münasibətlərin fonunda, o cümlədən qarşıdan gələn Rusiya-Ermənistan münasibətlərinin yaxşılaşmasının qarşısını almaqdır”, - Zaxarova deyib.

DİGƏR XƏBƏRLƏR

Top