Silvestr Stalone qızları üçün 25 milyon dollara malikanə alır


Silvestr Stallone üç qızı üçün 24,95 milyon dollara Şərqi Hemptonda malikanə alır.
Yeniavaz.com xəbər verir ki, səkkiz otaqlı malikanə təxminən 12,000 kvadrat fut yaşayış sahəsindən ibarətdir və bir akrdan çox ərazidə yerləşir.
Doqquz vanna otağı olan ev üç mərtəbəlidir və çimərlikdən cəmi bir mil məsafədədir.
Malikanədə bilyard masası və ev kinoteatrı var.
Ev satılmazdan əvvəl yay mövsümündə 1,4 milyon dollara icarəyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top