Livanda peycer partlayışlarında iştirak edən şirkətin sahibi itkin düşüb


Livana peycerlərin tədarükündə əli olmaqda şübhəli bilinən Bolqarıstanın “Norta Global” Ltd şirkətinin sahibi, Norveç vətəndaşı Rinson Yosi bu cihazların partladılmasından sonra yoxa çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin məlumatına görə, Yossi əvvəlcədən planlaşdırılan səfərə çıxıb, lakin işəgötürən onunla əlaqə saxlaya bilməyib və Norveç təhlükəsizlik xidməti ilə əlaqə saxlayıb. Şöbə faktla bağlı ilkin araşdırmalara başlayıb.
Bununla belə, Yossinin peycerlərə yerləşdirilən partlayıcılardan xəbərdar olduğuna dair heç bir sübut yoxdur.
Xatırladaq ki, sentyabrın 17-də Livanda “Hizbullah” qruplaşmasının üzvlərinə məxsus peycerlərdə güclü partlayışlar baş verib. Bu hadisə nəticəsində 4 mindən çox insan yaralanıb. Ertəsi gün, sentyabrın 18-də Livanda radio və digər avadanlıqların partlaması olub, nəticədə 600-dən çox insan yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top