“Wildberries”in ofisindəki atışma ilə bağlı daha 10 nəfər həbs edildi


“Moskvanın Basmannı məhkəməsi Moskvanın mərkəzində “Wildberries”in mərkəzi ofisi yaxınlığında baş verən atışma ilə bağlı daha 10 nəfəri həbs edib”.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, indiyədək iş üzrə ümumilikdə 20 nəfər həbs edilib.
“İstintaq orqanının tələbi təmin edilməli, müdafiə tərəfinin vəsatəti rədd edilməlidir”, - qərarda deyilir.
Xatırladaq ki, sentyabrın 18-i Rusiyanın ən böyük onlayn satış şəbəkəsi olan “Wildberries”in ofisində atışma olub. Qarşıdurma zamanı binanın girişində atışma olub və 3 nəfər güllə yarası alıb. 2 mühafizəçi dünyasını dəyişib.
“Wildberries”in ofisində baş verən atışma ilə bağlı ətraflı məlumatı aşağıdakı keçidə daxil olaraq öyrənə bilərsiniz:

 “Wildberries”in ofisində atışma olub – Kadırov erməni qardaşlara qarşı

DİGƏR XƏBƏRLƏR

Top