İsrail ordusu Beyrutu vurdu – 8 nəfər öldü


İsrail hərbçiləri Livanın paytaxtına hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Beyruta hədəfli zərbə endirib. Hazırda İsraildəki maddi-texniki təchizat komandanlığının müdafiə təlimatlarında heç bir dəyişiklik yoxdur”, - məlumatda bildirilir.
Livanın Səhiyyə Nazirliyi İsrailin hücumu nəticəsində azı 8 nəfərin öldüyünü, 59 nəfərin yaralandığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top