“Hizbullah”ın partlayan rabitə qurğuları PETN partlayıcıları ilə doldurulub – “Reuters”


“Hizbullah”ın partlayan rabitə qurğularının batareyaları asanlıqla partladıla bilən güclü pentaeritritol tetranitrat (PETN) partlayıcıları ilə doldurulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyinə cihazın komponentləri ilə tanış olan livanlı mənbə bildirib.
Onun sözlərinə görə, sentyabrın 18-də peycerlərin partlamasından bir gün sonra mediada yayılan fotoşəkillərə görə, Yaponiyanın “Icom” korporasiyası tərəfindən istehsal olunan yüzlərlə rabitə qurğusunun batareyaları partlayıb.
Korporasiya bildirib ki, şübhəli kiberhücumdan sonra onlar artıq on ildir ki, Livanda partlayan “IC-V82” rabitə qurğularının istehsalını və tədarükünü dayandırıb.
Korporasiya köhnə rabitə qurğularının partlayıcı maddələri yerləşdirmək üçün dəyişdirildiyini də istisna etməyib.
Livanlı mənbə onu da bildirib ki, batareyalar cihazdan ayrıldığı hallarda belə partlayışlar baş verib.

DİGƏR XƏBƏRLƏR

Top