Aİ Rusiya Mərkəzi Bankının aktivlərini 3 illik donduracaq


Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını 2025-ci ilin yanvarından altı ay deyil, üç il müddətinə uzatmaq istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.
“Diplomatiya rəhbəri bütün sanksiyaların uzadılması üçün altı aylıq müddət qoymağı təklif edir, lakin Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını altı ay deyil, 36 ay müdddətinə uzatmağı təklif edir”, - Aİ nümayəndəsi bildirib.
Diplomatın sözlərinə görə, belə bir qərarın 2025-ci ilin yanvarından tətbiq olunacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top