Qızılın qiyməti tarixi maksimumunu yenilədi


Ticarət platformasından verilən məlumata görə, “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 2625 dollardan yuxarı qalxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə birjadan məlumat verilib.
Məlumata görə, ABŞ Federal Ehtiyat Sisteminin son dörd ildə ilk dəfə baza dərəcəsini 0,5 faiz bəndi azaltması və 4,75-5%-ə endirməsi qərarından sonra kotirovkalar kəskin artıb.
Bakı vaxtı ilə saat 20:59-a olan məlumata görə, qiymətli metalın qiyməti troya unsiyası üçün 2594,7 dollar (+0,09%) təşkil edib. Saat 22:00-a olan məlumata görə, qızılın qiyməti 1 unsiya üçün 2615 dollara (+0,87%) yüksəlib. Saat 21:30-da qiymətli metalın qiyməti artımını bir unsiya üçün 2625 dollara (+1,26%) qədər sürətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top