Britaniyada “ilin pişiyi” seçildi


İngiltərədə qadın sığınacağında yaşayan ağ-qara pişik “İlin pişiyi” adına layiq görülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, Marlik adlı pişik “Cats Protection” təşkilatı tərəfindən çətin və ağır günlər yaşayan qadınlara verdiyi “mənəvi dəstəyə” görə bu mükafata layiq görülüb.
Sığınacağın rəhbəri Karen Enstiss qeyd edib ki, Marlik nəinki qadınlara mənəvi dəstək verir, “mühafizəçi və hətta bağban rollarını yerinə yetirərək” müəssisənin həyatında fəal iştirak edir. O, Marlikin uğurları ilə fəxr etdiyini bildirib.
Materialda pişiyin sevgi və dəstək simvoluna çevrildiyi bildirilib.
“İlin pişiyi” adı ilə yanaşı Marlik pet mağazasından alış-veriş üçün 200 funt sterlinqlik (260 dollardan çox) kupon alıb.

DİGƏR XƏBƏRLƏR

Top