İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 18-də İsrail ordusunun hücumları nəticəsində ən azı 54 fələstinli yaralanıb.
“İsrail Hərbi Hava Qüvvələrinin hava hücumlarından sonra dağıntılar altında naməlum sayda ölü və yaralı ola bilər”, - məlumatda deyilir.
Qeyd edək ki, Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında kəskinləşməsindən bəri anklavda ölənlərin ümumi sayı 41 min 272 nəfərə yüksəlib, daha 95 min 551 yaralı var.