Həkim göz sağlamlığı üçün faydalı olan vitaminləri açıqladı


“Bədənin qidalardan aldığı vitaminlər sağlamlığı, o cümlədən göz sağlamlığını qorumaq üçün kifayət etmir”.
Yeniavaz.com xəbər verir ki, bunu yüksək kateqoriyalı oftalmoloq, oftalmoloji cərrah, tibb elmləri namizədi Elina Santoro lenta.ru-ya şərhində bildirib.
Santoro qeyd edib ki, təkcə müalicə zamanı deyil, həm də göz xəstəliklərinin qarşısını almaq üçün vitamin qəbul etmək lazımdır:
“Xüsusilə katarakta inkişaf riski yüksək olan xəstələri C və E vitaminləri qəbul etməyə çağırırıq. Torlu qişanın bərpası üçün bu vitaminlərə əlavə olaraq sink və digər antioksidant dərmanlar tələb olunur. Lutein də faydalıdır - retinal xəstəliklərin inkişafını yavaşlatmaq üçün nəzərdə tutulub”.
Santoro tövsiyyə edib ki, mədə-bağırsaq xəstəlikləri olan və kompüterdə çox işləyənlər vitamin qəbul etməyə xüsusi diqqət yetirsinlər:
“Birincisi əlavə vitaminlərə ehtiyac duyur, çünki bağırsaq iltihabı səbəbindən mikroelementlər qidadan bədənə zəif sorula bilər, ikincisi isə quru gözlərin qarşısını almaq üçün.

DİGƏR XƏBƏRLƏR

Top