Rusiya hakerləri Paşinyanın ofisinin məlumat bazasına hücum edib?


“Məsul strukturlar Rusiya hakerlərinin Ermənistanın baş naziri Nikol Paşinyanın ofisinin məlumat bazasına hücumu barədə məlumatın düzgünlüyünü yoxlayır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Armenpress” Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryana istinadən məlumat yayıb.
Çərşənbə günü bəzi ictimai səhifələrdə rusiyalı hakerlərin Nikol Paşinyanın ofisinin məlumat bazasına hücumu ilə bağlı məlumatlar yayılıb.
“Hazırda bu faktın həqiqiliyinə dair bizdə təsdiq yoxdur”, - Xaçatryan deyib.
Media eksperti Artur Papyan sosial şəbəkələrdə yazıb ki, Ermənistan hökuməti rəsmi internet saytı ilə yanaşı, KİV-in öz materiallarında istifadə edə bilməsi üçün materialları (foto, video, audio) yerləşdirdiyi ictimai, açıq FTP serveri saxlayır:
“Bu gün özünü “Kiberqurd” kimi təqdim edən haker və ya haker qrupu təsadüfən bu açıq FTP serverini kəşf edib və oradan skrinşotlar dərc edərək, məlumat bazasına daxil olub UNIX sistemini xüsusi virusla yoluxdura bildiklərini iddia edib”.
O qeyd edib ki, “Kiberqurd” əvvəlcə 2,5 milyon dollar tələb edib, sonra isə tələbini kəskin şəkildə 30 min dollara endirib:
“Ola bilsin ki, onlar etdiklərinin ciddi olmadığını başa düşüblər”.

DİGƏR XƏBƏRLƏR

Top