Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilib


20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top