Dünyanın ən yaşlı pişiyi öldü


İngiltərədə dünyanın ən yaşlı pişiyi ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Rozi 33 il yaşayıb. Rozinin sahibi britaniyalı Layl Brissettin isə 73 yaşı var. Onlar Norfolkdakı Norviç şəhərində yaşayırdılar.
Ölümündən əvvəl heyvan xəstə və zəif olub.
İnsan standartlarına görə, Rozi 152 il yaşayıb. Ancaq onun uzunömürlülük rekordu rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilməyib.
İndi Londondan olan 27 yaşlı Flossi dünyanın ən yaşlı pişiyi hesab olunur.
Layl Brissett Rozini 90-cı illərdə heyvan sığınacağından götürüb. Pişiyin ilk sahibləri heyvanı saxlaya bilmədiklərinə görə onu sığınacağa veriblər. Onların qızına pişik tükünə qarşı allergiya diaqnozu qoyulub. Brisset Rozidən başqa sığınacaqdan sahibsiz bir it də götürüb.
Qeyd edək ki, bir pişik üçün ən uzun ömür 2005-ci ildə ABŞ-də qeydə alınıb. Belə ki, Krem Paff adlı pişik 38 (insan standartlarına görə 175) il yaşayıb.

DİGƏR XƏBƏRLƏR

Top