Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvili ölkənin eks-prezidenti Mixail Saakaşvilini Osetiyada kənardan sifarişlə müharibəyə başlamaqda ittiham edib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, 100-dən çox insan hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilinin 2008-ci il münaqişəsi ilə bağlı bəyanatına qarşı Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirir.
Etiraz aksiyasının iştirakçıları İvanişvilinin verdiyi açıqlamaları tənqid ediblər. Etirazçılar İvanişvilinin sözlərini həm ölkəyə, həm də 2008-ci ilin avqustunda həlak olan gürcü əsgərlərinə qarşı xəyanət hesab edirlər. Vətəndaşların sözlərinə görə, İvanişvili bu bəyanatı ilə Gürcüstanı müharibədə günahkar kimi tanıyıb və əsgərlərin qəhrəmanlığını dəyərsizləşdirib.