Bu ilin ilk 8 ayında Azərbaycanda əmtəəlik elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azalaraq 17 milyard 461,7 milyon kVt/saat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehsal olunan elektrik enerjisinin 85,6%-i və ya 14 milyard 944,7 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES) payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə istehsal olunan elektrik enerjisi 7,5% azalıb.
İstehsal olunan elektrik enerjisinin 12,1%-i və ya 2 milyard 117,5 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES) payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə 67,9% artıb.
Günəş Elektrik Stansiyalarında (GES) istehsal olunan elektrik enerjisi isə 7,8 dəfə artaraq 361 kVt/saata çatıb.
Elnur Əli