““Starship” gəmisi insanlara başqa planetləri kəşf etməyə və onları Yer üzündə yox olmaqdan xilas etməyə imkan verəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu İlon Mask sosial şəbəkə hesabında yazıb.
““Starship” gəmisi həyatı çox planetli edəcək və bürokratiya buna mane olmasa, onu Yer üzündə yox olmaqdan xilas edəcək”, - Mask bildirib.
Sahibkar əlavə edib ki, hər il dövlət tənzimlənməsi getdikcə daha çox “boğmağa” başlayır:
“Bu belə davam edərsə, ABŞ-dəkı bütün böyük layihələr qanunsuz olacaq”.
Qeyd edək ki, “Starship” gəmisi Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanır. Güman edilir ki, “Starship” kosmik sisteminin universal olacağı və müxtəlif versiyalarda aşağı Yer orbitinə insanlı uçuşlar, peyklərin buraxılması və Aya, Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün istifadə oluna bilər. Yenidən istifadə edilə bilən “Super Heavy” gücləndiricisinin və “Starship”in Yerə şaquli eniş edəcəyi nəzərdə tutulur.