Bakıda keçirilən “Formula 2” Azərbaycan Qran-Prisində sprint yarışı yekunlaşıb.
Yeniavaz.com xəbər verir ki, yarışda 11 komanda mübarizə aparıb.
Ən yaxşı nəticəni “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Durksen göstərib. DAMS komandasının amerikalı sürücüsü Cek Krauford ikinci, “Prema”da çıxış edən italiyalı Qabriel Mini üçüncü olub.
Bu gün, həmçinin saat 16:00-da “Formula 1” üzrə sıralama turu baş tutacaq.
Qeyd edək ki, keçən gün təşkil olunmuş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor qalib olmuşdu.
Xatırladaq ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.