ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıb və Ermənistanla Azərbaycan arasında davamlı və layiqli sülhün vacibliyini bir daha təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Blinken və Paşinyan arasındakı telefon danışığını şərh edən bəyanatında bildirilib.
“Dövlət katibi Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası qaydalarına dair razılaşmaları alqışlayıb”, - bəyanatda qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan hökuməti də bəyanat yaymış, Blinken və Paşinyanın ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediklərinin açıqlamışdı.