Ukrayna Amerika silahları ilə Rusiyaya zərbə endirə bilməyəcək


ABŞ dövlət katibi Antoni Blinken və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən görüşdə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə ilə bağlı heç bir qərar qəbul etməyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü ABC telekanalı Ukrayna Prezidentinin məsləhətçisinə istinadla məlumat yayıb.
Uzun müddət davam edən görüşdə Zelenski Blinkenə Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından necə istifadə edə biləcəyi ilə bağlı ətraflı plan verib və mümkün hədəflərin siyahısını təqdim edib. Lakin prezidentin məsləhətçisi tərəflər arasında bu məsələ ilə bağlı heç bir qərarın qəbul edilmədiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Antoni Blinken Kiyevdə Böyük Britaniya və Ukrayna Xarici İşlər nazirliklərinin rəhbərləri Devid Lammi və Andrey Sibiqa ilə birgə mətbuat konfransında da bu məsələ ilə bağlı çıxış etrmiş və ABŞ-nin Qərb silahlarının Rusiya ərazisində istifadəsi ilə bağlı Kiyev hakimiyyəti ilə müzakirələrə görə Ukraynada vəziyyətin mümkün gərginləşməsini nəzərə aldığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top