“Rusiya bəzi strateji xammalın, məsələn, uran, titan və ya nikelin xarici bazarlara tədarükünü məhdudlaşdıra bilər”.
Yeniavaz.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hökumət nümayəndələrilə görüşdə bu məsələ üzərində düşünməyi tapşırıb.
“Bizə bir sıra malların tədarükü məhdudlaşdırılır, bəlkə biz də müəyyən məhdudiyyətlər qoymalıyıq? Söhbət Rusiyanın dünya bazarına böyük miqdarda tədarük etdiyi bəzi mal növlərindən gedir. Uran, titan, nikel. Sadəcə özünüzə zərər verəcək bir şey etməyin. Bu və bir sıra digər malların xarici bazara tədarükü ilə bağlı müəyyən məhdudiyyətlər haqqında düşünmək lazımdır”, - prezident bildirib.
Dövlət başçısı xatırladıb ki, Rusiya strateji xammal ehtiyatlarına görə liderdir: təbii qazın demək olar ki, 22%-i, qızılın təxminən 23%-i, almazın isə təxminən 55%-i onun tərkibindədir:
“Bəzi ölkələrdə strateji ehtiyatlar yaradılır, başqa tədbirlər görülür, ümumiyyətlə, bunun bizə zərəri yoxdursa, o zaman düşünə bilərik. Mən demirəm ki, sabah bunu etməliyik, amma bu barədə düşünək. Nəinki adlarını çəkdiyim mallar üçün, hətta bəzi digər mallar üçün də xarici bazara tədarükü ilə bağlı müəyyən məhdudiyyətlər barədə”.
Putin əlavə edib ki, bu qərarın səbəbləri barədə ətraflı danışmayacaq:
“Düşünürəm ki, hökumətdəki həmkarlarım hamısı mənim ağlıma gələn bu vəzifələr üçün Rusiya xammalının vacibliyini yaxşı başa düşürlər: uran, titan, nikel”.
O, hökumətə və onun sədri Mixail Mişustinə daha sonra bu barədə ayrıca məlumat verməyi tapşıraraq təkrar edib.