““Real” çox gözəl görünür. Bu komanda təzyiq altında təlaşa düşmür. Çox adam deyir: “Çempionlar Liqasında bəxti gətirdi”. Xeyr, onların bəxti gətirmədi! Belə anlara hazırlaşırlar. “Santyaqo Bernabeu”nun fərqli aurası, fərqli enerjisi var. Mənim üçün bu, futbol tarixinin ən yaxşı klubudur”.
Yeniavaz.com xəbər verir ki, bunu “Əl Nəsr”in portuqaliyalı hücumçusu Kristiano Ronaldo “YouTube” kanalında yayımladığı videoda deyib.
“Transferdən əvvəl bilirdim ki, təzyiqin öhdəsindən gələ bilərəm. Mən bunu bilirdim, çünki öz bacarığıma, gücümə və istedadıma inanırdım. Asan deyildi, çünki bura başqa ölkədir, mənim cəmi 24 yaşım var idi, hələ gənc idim. Amma eyni zamanda çox pozitiv idim.
“Real Madrid” dünyanın ən yaxşı klubudur. Mən “Mançester Yunayted”də etdiyim kimi, bu klubda da tarix yazacağımı söylədim. Bu, mənim üçün bir sınaq idi. Bu, mənim üçün böyük sınaq idi və mən “Real Madriddə” oynamaqdan xoşbəxt idim”, - Ronaldo bildirib.
Qeyd edək ki, Kriştiano Ronaldo tarixdə rəsmi matçlarda 901 qol vuran ilk futbolçu olub. Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nasr”da 68, millidə isə 132 qol vurub. O, 2009-2018-ci illərdə “Real Madrid” çıxış edib.