Əmək müqaviləsi ilə işləyənlərin sayı açıqlandı


Bu ilin avqust ayının 1-nə olan məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 759 min nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda işləyən işçilərin sayı 10 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyən işçilərin sayı isə 62,5 min nəfər artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top