Yüksək dağlıq ərazilərə sulu qar yağa bilər


Azərbaycanın rayonlarında sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
“Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top