Fransanın birinci xanımı Bricit Makron Parisdə “Netflix”in “Emili Parisdə” serialında epizodik rolda çıxış edəcək.
Yeniavaz.com “Elle” jurnalına istinadla xəbər verir ki, o, serialda özünü oynayacaq.
Jurnalın yazdığına görə, prezidentin xanımı dəbi ilə məşhur olan serialda “heç bir konkret göstəriş olmadan” öz paltarını geyinəcək.
Serialın premyerası sentyabrın 12-də baş tutacaq.
“Emili Parisdə” serialının baş rol ifaçısı Lili Kollinzin sözlərinə görə, 71 yaşlı keçmiş müəllimin epizodik rolu hələ 2022-ci ildə planlaşdırılıb.
“İdeya 2022-ci ilin dekabrında layihənin müəllifi Darren Star və mənim onunla Yelisey sarayında görüşümüzdə ağlımıza gəldi”, - deyə Kollinz bildirib.
Qeyd edək ki, Bricit Makron artıq ikinci dəfədir ki, ekranda özünü oynayır. 2018-ci ildə o, iki əlil üzgüçü haqqında çəkilən “Vestiaires” fransız komediya serialında rol alıb.