Britaniya parlamenti Maskı ifadə vermək üçün çağıra bilər


Amerikalı multimilyarder İlon Mask özünün “X” sosial şəbəkəsinin fəaliyyəti ilə bağlı ifadə vermək üçün Britaniya parlamentinə çağırıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Hakim Leyboristlər Partiyasından deputat Don Batlerin sözlərinə görə, parlamentin Elm və Texnologiya Komitəsinin nifrət dolu məzmunların yayılmasında alqoritmlərin istifadəsini, həmçinin, bu cür materialların “X” və digər sosial şəbəkələrdə moderasiyasını yoxlaması həyati əhəmiyyət kəsb edir. Bununla bağlı parlamentarilər Maskın Elm və Texnologiya Komitəsi qarşısında ifadə verməsini istəyirlər.
Qəzetin yazdığına görə, belə hallarda deputatlar kimisə parlamentə ifadə verməyə çağıra bilərlər, ancaq onu parlamentə gəlməyə məcbur edə bilməzlər. Deputatlar bu cür davranışı ancaq parlamentə hörmətsizlik kimi qiymətləndirə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top