Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Bildirilir ki, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.
Qeyd edilir ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin “Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.