Ohayo ştatının sakini Corciya MakQarri orta məktəb attestatını 99 yaşında alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WTOV9” telekanalı məlumat yayıb.
Məlumata görə, o, 1944-cü ildə İkinci Dünya Müharibəsi zamanı orta təhsilini yarımçıq qoymağa məcbur olub.
O, ailəsində yaranan maddi problemlə əlaqədar işləmək qərarına gəlib.
Əvvəlcə MakQarri aptekdə işə düzəlib, daha sonra həyat yoldaçı ilə xidmətçi işləyib.
Uzun illər keçsə də, qadın məktəbdən attestat almaq istəyib. O, bu istəyini dostu Mari Adamsa danışıb.
Adams ona kömək etmək üçün keçmiş sinif yoldaşı və yerli məktəb direktoru Fil Akermanla əlaqə saxlayıb.
Daha sonra Mari Corciyanı nahara dəvət edib. Ancaq əslində dostu ona nahar yox, sürpriz hazırlayıb.
Məktəb direktoru 99 yaşlı məzuna bu “naharda” xalat, akademik kepka və orta məktəb attestatı təqdim edib. Tədbir zamanı yerli məzuniyyət mərasimlərində səsləndirilən musiqilər səsləndirilib.
İstisna olaraq Corciyanın attestatına verilmə tarixi kimi qadının orta məktəbi bitirdiyi gün, yəni 19 may 1944-cü il yazılıb.