Argentina BCM-dən Maduronun həbsinə order tələb edir


Argentina Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroruna müraciət edərək, Venesuela prezidenti Nikolas Maduroya qarşı həbs orderinin verilməsi üçün müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Sənədin mətninə əsasən, Argentinanın müraciəti iyulun 28-də keçirilən seçkilərdən sonra Venesuelada vəziyyətin pisləşməsi və insanlığa qarşı cinayət sayıla biləcək yeni əməllərin törədilməsi ilə bağlıdır.
Argentina hakimiyyəti digər yüksək vəzifəli Venesuela rəsmilərinə qarşı da orderlərin verilməsini tələb edib.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Ertəsi gün ölkədə etirazlar başlayıb, Karakasda polislə nümayişçilər arasında toqquşmalar baş verib. Respublika Baş Prokurorluğu 2 mindən çox adamın saxlandığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top