Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
Yeniavaz.com xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanıb, avqustun 31-i saat 08:00-da dayandırılıb.
Bu gün qeyri-rəsmi olaraq “sükut günü” də adlandırılır.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
Xatırladaq ki, Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.