“Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhər və vilayətini “Vampire” reaktiv yaylım atəş sistemindən (RYAS) kasetli sursatlarla atəşə tutub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat yayıb.
Qubernatorun sözlərinə görə, zərbə nəticəsində 5 nəfər həyatını itirib, altısı uşaq olmaqla daha 37 nəfər yaralanıb. Onlardan yeddi böyük və üç uşağın vəziyyəti ağırdır.
Qeyd edilir ki, Dubovoe kəndində iki ev, bir avtomobil və qaraj yanıb. Fəsadlar barədə məlumatların dəqiqləşdirilməsi davam edir, fövqəladə hallar xidməti yerlərdə işləyir.