Ərdoğan Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüşdü – Video


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüşüb.
Yeniavaz.com
 “Anadolu Ajansı”na istinadən xəbər verir ki, görüş ölkənin Milli Müdafiə Universitetinin Hərbi Akademiyasının Diplom və Bayraq təhvil verilməsi mərasimindən sonra baş tutub.
Görüşdə Ərdoğan şəhid ailələrini Prezident Kompleksində keçirilən 30 Avqust Zəfər Gününə həsr olunmuş xüsusi konsertə dəvət edib.
Ölkə başçısı görüşdən sonra şəhid ailələri ilə xatirə şəkli çəkdirib.
Xatırladaq ki, ötən gün Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də Ankaraya səfər edən Qarabağ şəhidlərinin ailələri ilə görüş keçirib.

DİGƏR XƏBƏRLƏR

Top