Baba Rzayevin qardaşının şirkəti məhkəməyə verildi – Cərimə oluna bilər


Ölkənin aparıcı kabel istehsalçılarından biri olan “Göknur Bakı LTD” MMC-nin (VÖEN-1500023181) barəsində İnzibati Xətalar Məcəlləsinin 239-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com
xəbər verir ki, “Göknur Bakı LTD” MMC barəsində tərtib olunan protokola Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə sentyabr ayının 11-i saat 16:50-də baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə inzibati xətaları nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 8 min 500 manatdan 10 min manatadək cərimə edilə bilər.
Onu da bildirək ki, nizamnamə kapitalı 6 milyon 349 min manat olan “Göknur Bakı LTD” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi  “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Rahib Hüseynağa oğludur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top