İsveçin ABBA qrupu və “Universal Music” kompaniyası ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasında qrupun musiqisindən istifadə edilməsinə etiraz ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Svenska Dagbladet” qəzeti məlumat yayıb.
“Biz ABBA üzvləri ilə birlikdə Tramp tədbirlərində səsləndirilən ABBA musiqisinin videolarının yayılmasından xəbər tutduq və bunun dərhal dayandırılmasını və silinməsini tələb etdik”, - şirkət bildirib.
Qeyd edilib ki, şirkət musiqidən istifadə ilə bağlı heç bir sorğu almayıb və Trampa heç bir icazə və ya lisenziya verməyib.
İsveçli mühacirlərin yaşadığı Minnesota ştatının Sen Claud şəhərində Trampın seçki kampaniyasında keçirilən mitinqdə 8000 Tramp tərəfdarı qarşısında “The Winner Takes It All” hiti səsləndirilib. Daha sonra Byorn Ulvaeus və Benni Anderson ilə birlikdə”Money, Money, Money” və “Dancing Queen” mahnılarına on dəqiqəlik slayd nümayiş etdirilib.